İlisuda turist dağdan yıxılaraq ağır xəsarət aldı - Yenilənib

ÖLKƏ
17:58
1 İyul 2023
183

Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun İlisu kənd ərazisində baş verib.

Həmin kənddən 7 km məsafədə dağlıq ərazidə yerləşən müalicəvi hamam adlanan əraziyə gedən turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Əraziyə Qax rayon Yanğından Mühafizə Hissəsindən xilasetmə qrupu və Təcili Tibbi Yardım avtomobilləri cəlb olunub.

Hazırda turistin həmin ərazidə çıxarılması istiqamətində xilasetmə işləri aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir.

Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti