Bir çox bölgələrdə leysan xarakterli yağış yağıb - Faktiki hava

ÖLKƏ
15:50
1 İyul 2023
98

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 01-i saat 13:00-a olan məlumatına əsasən Astara, Biləsuvar, Neftçala, Beyləqan, Zərdab, Göyçay, Yevlax, Şahdağ, Qrız, Xaltan, Cəfərxan, Sabirabad, Qobustan, Quba, Şamaxı, İsmayıllı, Naxçıvan, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.

Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib.

Xəbər lenti