“Fransada jurnalistlərə hücum edənlərin cəzalandırılacağını gözləyirik” - XİN

XƏBƏR
15:04
29 İyun 2023
126

“Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik”.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN tviter hesabında yazıb.

“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, - məlumatda deyilir.

Xəbər lenti