Əmisinin evindən yarım milyonluq oğurluq etdi, qumarda uduzdu

XƏBƏR
13:09
28 İyun 2023
163

Saatlı rayonunda fərdi yaşayış evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sabah.az-a verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birində olan seyfdən 5000000 rubl, 128800 dollar, 12000 avro, 50000 manat pul və 100000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Zərərçəkənlərə ümumilikdə 490000 manatdan çox maddi ziyan vuran E.Vəliyev  oğurluq yolu ilə əldə etdiyi qənimətləri isə onlayn mərc oyunlarında uduzub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti