Qarabağda 5 erməni terrorçu məhv edildi - Yenilənib

XƏBƏR
10:11
28 İyun 2023
346

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib.

Nəticədə 4 terrorçu məhv edilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.

***

Qarabağda təxribat törədən daha 1 erməni məhv edilib.

Bununla da Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində məhv edilən düşmən sayı 5-ə çatıb.

Xəbər lenti