Bakıda təndirxanada partlayış oldu - Yaralılar var

HADİSƏ
17:36
26 İyun 2023
483

Bakının Zabrat qəsəbəsində iaşə obyektində partlayış olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Gəncə təndiri” adlanan məkanda qeydə alınıb.

Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü həmin obyektin işçisi, 1-i müştəridir.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hazırda araşdırma aparılır.

İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.

Xəbər lenti