Koronavirusla bağlı yalan yayan 10 nəfər həbs edilib - 18 nəfər cərimələnib
“Koronavirusla bağlı yalan məlumat yayan 155 nəfər məsuliyyətə cəlb edilib”.
Sabah.az xəbər verir ki, bunu DİN-in rəsmi nümayəndəsi Əziz Baqişev deyib.
O bildirib ki, koronavirusla bağlı sosial şəbəkələrdə yalan məlumat yayan 10 nəfər həbs edilib, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq edilib:
“Bir daha vətəndaşlara müraciət edirik ki, yalnız Operativ Qərargahın yaydığı məlumatlara etibar etsinlər”.
Daha çox