“ASAN xidmət” nə vaxt işləyəcək?

XƏBƏR
09:30
26 İyun 2023
245

Silahlı Qüvvələr Günü və Qurban bayramı ilə əlaqədar olaraq iyunun 26-dan 30-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 1-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Xəbər lenti