Bakının ən böyük bazarlarından biri köçürülərsə - Video

XƏBƏR
10:30
24 İyun 2023
209

Bakının ən böyük tikinti materialları satılan Dərnəgül bazarında məhsullar az qalsın yolun ortasında satılır.

Sabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, üstəlik həmin ərazidən keçən avtomobil yolu da olduqca ensizdir. Bu isə xüsusi ilə pik saatlarında ərazidə hərəkəti daha da çətinləşdirir.

Sahibkarların sözlərinə görə, xüsusi ilə yük avtomobillərinin hərəkətinə günün müəyyən saatlarında qoyulan qadağa onların işini çətinləşdirib, satışa da ciddi təsir edib.

Onlar təklif edirlər ki, bu bazar şəhərin daxilindən köçürülsə onların da işi yaxşı olar. Hətta Ziya Bünyadov prospektində günün istənilən saatında yaşanan sıxlıq və ya tıxac belə azalar.

Qeyd edək ki, Dərnəgül tikinti bazarının Böyükşor gölünə yaxın olması, ərazidə yeni ekoloji parkın və yaxud da sosial obyektlərin tikilməsi üçün əlverişli mühit yarada bilər.

Xəbər lenti