Bakıda 20 yaşlı gənci qətlə yetirən şəxsə cinayət işi açıldı - Yenilənib

XƏBƏR
10:15
24 İyun 2023
207

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlunu polis əməkdaşları saxlayıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı gənci öldürən şəxsə cinayət işi açılıb.

Bu barədə Nərimanov rayon prokurorluğundan məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti