Qazaxdan sel keçdi, kəndlər su altında qaldı - Video

ÖLKƏ
17:50
23 İyun 2023
258

Qazaxda Coqaz çayından sel keçib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində rayon mərkəzinin bir hissəsini və ətraf kəndləri su basıb.

Təbii fəlakət zamanı Heydər Əliyev parkı və Qazax Diaqnostika Mərkəzinin ərazisi də subasmaya məruz qalıb.

Qeyd edək ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Xəbər lenti