“Shacman” qatarla toqquşdu - Ölən var

XƏBƏR
14:50
23 İyun 2023
98

Neftçalada ağır yol qəzası baş verib.

Sabah.az Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir ki, bu gün saat 12:50 radələrində ADY-yə məxsus teplovozla yük maşını toqquşub.

Belə ki, Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub.

Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır.

Xəbər lenti