Neftçalada nə baş verib? - Açıqlama

ÖLKƏ
13:35
23 İyun 2023
93

Neftçalanın Bankə qəsəbəsində səyyar görüş zamanı vətəndaşlarla icra başçısı arasında insident baş verməsi haqda məlumatlar yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatda icra başçısı Mirhəsən Seyidovun döyülməsi ilə bağlı iddialar səsləndirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nefçala Rayon İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə icra başçısı ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən də məlumatın tam əsassız olduğu, həqiqəti əks etdirmədiyi açıqlanıb.

Məlumata görə, hazırda Mirhəsən Seyidov dövlət qulluqçuları ilə bağlı tədbirdə iştirak edir.

***

M.Seyidov da sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Feysbuk səhifəsi vasitəsilə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edən icra başçısı bunları yazıb:

“Tədbir zalından indi çıxmışam, baxıram, sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Sosial şəbəkələr vasitəsilə insanlarımızda çaşqınlıq yaratmaq mümkün deyil və olmayacaq. Vətəndaşımıza şərəfli və ləyaqətlə xidmət etmək bizim qarşımızda duran ən başlıca vəzifədir”.

Xəbər lenti