Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

ÖLKƏ
12:04
23 İyun 2023
181

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Sabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr saat 06:00-dək uzadılır.

Xəbər lenti