Maska və əlcək taxmaq məcburidir
Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində rəsmi şəxslər maska və əlcək taxmağın məcburiliyi haqda sualı cavablayıblar.
Sabah.az xəbər verir ki, DİN-in nümayəndəsi Əziz Baqişev deyib ki, əlcək və maskasız evdən çıxmaq karantin qaydasının pozulması deməkdir: “Polis maska və əlcək taxmayan şəxslərə yaxınlaşıb tövsiyə verir və əlcək, maska taxmasını tələb edir”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, insanlar evdən çıxmamalıdırlar: “Biz öncə danışanda deyirdik ki, hamı maska taxmalı deyil, çünki onda virus xaricdən gəlirdi. İndi isə daxili yoluxma var, hər günün öz qərarı ola bilər. Bunu insanlara çatdırın”.
Daha çox