Azərbaycanda bayram namazının vaxtı açıqlandı
11:06
22 İyun 2023
239Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Sbaah.az xəbər verir ki, fətvada Qurban bayramı namazının vaxtı açıqlanıb.
Fətvaya əsasən, iyunun 28-də məscidlərimizdə bayram namazı qılınacaq.
“AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə bayram namazı qılınacaqdır”, - fətvada deyilir.
Daha çox