Bu şəhər və rayonlarda su fasilə ilə veriləcək

ÖLKƏ
16:05
20 İyun 2023
351

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sabah.az-a bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

Xəbər lenti