2023-cü il dövlət büdcəsinin gəlir və xərcləri artırıldı

İQTİSADİYYAT
17:16
19 İyun 2023
270

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılıb.

Sabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqə barədə fərman imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb.

Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30774,0 milyon manatdan 33890,5 milyon manata, xərcləri 33353,3 milyon manatdan 36624,8 milyon manata qaldırılıb.

Dövlət büdcəsi xərclərinin məbləği 36624,8 mln. manat nəzərdə tutulub ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş məbləğlə müqayisədə 3271,5 mln. manat və yaxud 9,8 faiz çoxdur.

Xəbər lenti