Naxçıvanda daha bir qız qətlə yetirildi - Yenilənib

ÖLKƏ
09:41
19 İyun 2023
397

İyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qətl törədilib.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Qeyd edək ki, iyunun 18-də də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda gənc qız qətlə yetirilib.

***

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb:

“İyunun 19-u saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir”.

Xəbər lenti