İşləməyə cəhd edən obyektlər cərimələndi
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib ki, bu gün işləməyə cəhd göstərən 41 obyekt müəyyən edilib: “Onlardan bir nəfər həbs edilib, 40 nəfər cərimələnib.
Respublika ərazisində quraşdırılan postlarda karantin qaydalarını pozan 12 nəfər inzibati qaydada həbs edilib, 1243 nəfər cərimə olunub”.
Daha çox