Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

XƏBƏR
10:22
16 İyun 2023
28

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Sabah.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Xəbər lenti