Ərdoğan Azərbaycan xalqını təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sabah.az xəbər verir ki, Türkiyə Prezidenti bununla bağlı tviter hesabında paylaşım edib.
“Qardaşımız, can dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını və sevgilərini çatdırıram”, - deyə paylaşımda bildirilib.
Daha çox