“Ordumuz Arazdəyən istiqamətində atəş açmayıb”

XƏBƏR
13:12
14 İyun 2023
33

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı əsassız iddialarla bağlı açıqlama yayıb.

Bu barədə Sabah.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, - rəsmi məlumatda bildirilib.

Xəbər lenti