Çörək zavodunun əməkdaşı iş yerində intihar etdi

HADİSƏ
09:15
2 Aprel 2020
176

Şəkidə intihar hadisəsi olub.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Şəki şəhər sakini Məmmədrəhimli Tərlan Rəhman oğlu işlədiyi "Sünbül" çörək zavodunda özünü asaraq intihar edib.

T.Məmmədrəhimlinin özünü hansı səbəbdən asdığı hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti