Leysan, dolu, sel gözlənilir - Xəbərdarlıq
İyunun 13-ü gündüz şimal-və qərb rayonlarından başlayaraq 17-si gündüzədək Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi-aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Daha çox