Müdafiə Nazirliyi məlumat yaydı

XƏBƏR
16:35
12 İyun 2023
71

“İyunun 12-si saat 14:15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil”.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda deyilir.

Xəbər lenti