Taksilərlə bağlı yeni dövlət rüsumları olacaq - Siyahı

İQTİSADİYYAT
11:15
12 İyun 2023
235

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları müəyyən edilir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir:

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat

- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat

Bu qanun qəbul olunduqdan sonra 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Xəbər lenti