Kamran Əliyevdən yeni - Təyinatlar
17:56
9 İyun 2023
216Prokurorluq orqanlarında yeni təyinat olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunub.
O, Zaqatala hərbi prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa Zaqatala hərbi prokuroru Elşən Əli-məmmədov tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.
Daha çox