Talıbovların bankının yeni sahibləri onlardır
Azərbaycanın yeganə regional bankı - “Naxçıvan Bank” ASC-nin yeni səhmdarları açıqlanıb.
Sabah.az “Report”a istinadən xəbər verir ki, Bankın səhmlərinin 63,66 faizi Hüseyn Məmmədova, 26,52 faizi Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 faizi isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
Bundan əvvəl səhmlər Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66 faiz, digər oğlu Seymur Talıbov 20,48 faiz, qızı Baharxanım Talıbova 9,82 faiz, xanımı Sevil Sultanova isə 6,04 faiz paya malik olub.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır.
Daha çox