Sel Laza yolunu yuyub apardı
13:05
7 İyun 2023
189Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sabah.az-a verilən məlumata görə, əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb olunub.
Bildirilib ki, alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.
Qeyd olunub ki, sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.
Daha çox