Qəbələnin rəisi işdən çıxarıldı

ÖLKƏ
11:23
6 İyun 2023
222

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifədən azad edilib.

Sabah.az xəbər verir ki, daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədov vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Xəbər lenti