İcarəyə götürdüyü maşını aşırdı - Özü öldü, qardaşı yaralandı

XƏBƏR
10:46
5 İyun 2023
99

Bakıda avtomobil aşıb.

Sabah.az xəbər verir ki, Səbail rayon ərazisində 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu “Rent-a-car”dan icarə götürdüyü “Hyundai Sonata” markalı, 99-LX-111 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil yol kənarına aşıb.

Nəticədə Tural Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

Xəbər lenti