Abituriyentlərin diqqətinə - Ərizə qəbulu vaxtı dəyişdi

XƏBƏR
13:31
1 İyun 2023
108

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sabah.az-a verilən məlumata görə, qeydiyyat prosesi 2023-cü ilin iyunun 5-dən 20-dək aparılacaq.

Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun - 2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan Mərkəz tərəfindən imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Xəbər lenti