İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - Video

XƏBƏR
12:39
1 İyun 2023
161

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.

Sabah.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaratmışdı.

Xəbər lenti