Daha bir ağır qəza - Kişi öldü, qızı və nəvəsi yaralandı

XƏBƏR
12:42
31 May 2023
122

Qəbələdə ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, ötən gecə saat 23 radələrində Qaraməryəm-İsmayıllı yolunun Qəbələ şəhərindən keçən hissəsində Rövşən Mustafayevin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil qəzaya uğrayb. İdarəetmədən çıxan avtomobil əvvəlcə dairəyə, daha sonra isə yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü R.Mustafayev hadisə yerində ölüb, onun idarə etdiyi avtomobildə sərnişin qismində olan qızı, 1988-ci il təvəllüdlü İlahə Mustafayeva və nəvəsi, 2016-cı il təvəllüdlü Yusif Səfərov müxtəlif bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti