Rasilə Arifqızı ilə bağlı yekun qərar

XƏBƏR
18:00
30 May 2023
59

Lənkəran İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızının cinayət işi üzrə məhkəmə instansiyaları tam olaraq yekunlaşıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsindəki cinayət işinə son olaraq bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə baxılıb. Yekun qərara əsasən, Arifqızının cəzası (4 min manat cərimə) dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Lənkəran RİH başçısının müavini Rasilə Arifqızı tərəfindən şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı cinayət işi başlanmışdı. İttihama görə, R.Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsini bəhanə edərək xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirmişdi. Yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərmiş, həmçinin bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdi.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilmişdi.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Rasilə Arifqızı 4 min manat cərimə olunmuşdu. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdı. Qərardan narazı qalan prokuror protest verərək sabiq məmrun cəzasının ağırlaşdırılmasını istəmişdi.

Xəbər lenti