Lirə kəskin ucuzlaşır
Türkiyə lirəsi dollar qarşısında rekord həddə ucuzlaşıb.
Sabah.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyədə 1 dollar 20,22 lirəyə qədər yüksəlib.
Bildirilir ki, lirə ilin əvvəlindən 7,3 faiz, son 10 il ərzində isə 90 faizdən çox ucuzlaşıb.
Qeyd edək ki, lirə Azərbaycan manatına nəzərən də enib. Belə ki, hazırda 1 Türkiyə lirəsi 0.0841 Azərbaycan manatı ekvivalentindədir.
Daha çox