Bu avtobusların hərəkət sxemi dəyişdirildi
Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən xəbərə görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra avtobusların əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.
Daha çox