Binəqədidə taksi sürücüsü sərnişini maşından atdı

XƏBƏR
15:47
29 May 2023
83

Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 27-nə keçən gecə rayon ərazisində qeydə alınıb. Belə ki, taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti