Leysan yağacaq, dolu düşəcək

ÖLKƏ
17:51
27 May 2023
98

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 27-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.

Xidmətdən Sabah.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı: Şəki 53.0 mm (aylıq normanın 51 faizi), Qax 38.0 mm, Gədəbəydə 32.0 mm, Mingəçevirdə 30.0 mm (aylıq normanın 66 faizi), Sədərəkdə 17.0 mm, Altıağacda 10.0 mm, Yevlax, Naftalan, Göygöl, Ordubad, Naxçıvan, Lerikdə 7.0 mm, Tovuzda 6.0 mm, Oğuz, Daşkəsən, Şahbuzda 4.0 mm, İsmayıllı, Qobustan, Gəncədə 3.0 mm, Şabran, Balakəndə 2.0 mm, Culfa, Şəmkir, Ağstafa, Zaqatala, Şahdağ, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1.0 mm-dək olub.

Külək: Cənub-qərb küləyi arabir Daşkəsən, Göyçayda 25 m/s, Mingəçevirdə 21 m/s, Gəncə, Tərtər, Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Cocuqmərcanlı, Sədərəkdə 16 m/s, Şirvan, Yevlaxda 15 m/s-dək güclənib.

Havanın temperaturu: Mayın 26-da iqlim normasından 3.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-29 dərəcə isti, Naxçıvanda 28 dərəcəyədək isti, dağlıq rayonlarda 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək isti, aran rayonlarında 34 dərəcəyədək isti olub.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır.

Xəbər lenti