Bu bankın Bakı filialının fəaliyyəti məhdudlaşdırıldı

İQTİSADİYYAT
12:20
26 May 2023
217

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.

Sabah.az xəbər verir ki, bu barədə “Report”a filialdan bildirilib.

Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.

Xəbər lenti