Qida zəhərlənməsindən öldüyü deyilən polislə bağlı - Açıqlama

XƏBƏR
17:54
25 May 2023
144

Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat AQTA tərəfindən araşdırılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, AQTA-dan bildirilib ki, araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub.

Qeyd edək ki, mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Xəbər lenti