“Bu gün Moskvada iki sənəd imzalana bilər”

XƏBƏR
11:56
25 May 2023
151

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

Sabah.az xəbər verir ki, “Kommersant” görüş zamanı iki sənədin imzalana biləcəyini ehtimal edir.

Məlumata görə, sözügedən sənədlərin razılaşdırılması mayın 24-ü bütün gün ərzində davam etdirilib:

“Nəqliyyat kommunikasiyaları barədə olan sənədlərdən birini baş nazirlərin müavinləri, digərini isə 3 ölkənin Xarici İşlər Nazirlikləri hazırlayıb. İkinci sənədin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sayca beşinci birgə bəyanatı olduğu güman edilir”.

Xəbər lenti