Zəhərlənən polis baş serjantı xəstəxanada öldü

ÖLKƏ
09:14
25 May 2023
173

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Xəbər lenti