Azərbaycanda 845 qramlıq körpə doğulub - Video

XƏBƏR
15:35
24 May 2023
45

Azərbaycanda 845 qramlıq körpə doğulub.

Sabah.az xəbər verir ki, bu barədə Respublika Peranatal Mərkəzi məlumat yayıb.

“Əzizova Nargilə 38 yaşında Respublika Peranatal Mərkəzinə hamiləliyin 28-ci həftəsində “Kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı” diaqnozu ilə daxil olub.

Qadının 7 hamiləliyindən 3 qızı var. İkisi talassemiya xəstəsidir. 02.03.2023-cü il saat 00:40-da RPM-də qeysəriyyə kəsiyi əməliyyatı ilə 845 qr, boyu 33 sm, oğlan uşağı dünyaya gətirib. Uşaq yenidoğulmuşların Reanimasiya şöbəsində, sonra isə Patologiya şöbəsində müalicə alıb.

Mayın 18-də kafi vəziyyətdə 79-cu günündə evə yola salındı. Yola salınarkən çəkisi 1450 qr olub”, -xəstəxananın məlumatında qeyd olunub.

 

Xəbər lenti