Bulvarda övladı ilə birgə intihara cəhd edən qadınla bağlı - Açıqlama

ÖLKƏ
14:50
24 May 2023
55

Mayın 22-si bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.

Sabah.az xəbər verir ki, bu barədə Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib. Qadının üç uşağının olması müəyyən edilib: “Hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir. Azyaşlı uşağın qayğısına isə hazırda atası qalır. Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır”.

Xatırladaq ki, uşağın atası C.C. açıqlama verərək həyat yoldaşının daha əvvəl də intihara cəhd etdiyini bildirmişdi. Onun sözlərinə görə, xanımı axşam saatlarında azyaşlı övladı ilə parkda gəzmək adı ilə evdən çıxıb. Sonradan onun təcili yardıma çatdırıldığı və intihara cəhd etdiyi barədə məlumat alıb. O, qeyd edib ki, N.C. nevroz xəstəliyindən əziyyət çəkir və onun ata-anası ilə məişət zəminində problemləri olub. O, bundan əvvəl də 3 dəfə intihara cəhd edib.

Xəbər lenti