Lüks “Gelandewagen” Gəncədə qəzaya düşdü - Foto
13:22
22 May 2023
177Gəncədə lüks avtomobil qəzaya səbəb olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 2 saylı “Asan Xidmət”in yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını “VAZ 2106” markalı avtomobillə toqquşub. Arxadan VAZ-a çırpılan “Gelandewagen” idarəetməni itirərək yoldan çıxıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.


Daha çox