Qobustanda dəhşətli qəza, 5 nəfər öldü - Adlar+Yenilənib

XƏBƏR
09:37
22 May 2023
227

Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, “KIA” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, avtomobildə olan 5 nəfər ölüb. Onlardan ikisi qadın, üçü isə kişidir.

Hadisə yerinə DYP və təcili yardım əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

***

Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində vəfat edən şəxslərin adları açıqlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, vəfat edənlər aşağıdakı adları açıqlanan şəxslərdir:

- 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;

- 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;

- 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;

- 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.

Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə  Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti