İlham Əliyev bu qanunu təsdiqlədi
Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətlərin tənzimlənməsi, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsi ilə bağlı sənəd imzalanıb.
Sabah.az xəbər verir ki, bununla bağlı müaddəlar Prezident İlham Əliyevin imzaladığı “Elektroenergetika haqqında” Qanunda əks olunub.
Sənədin 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Daha çox