Şuşa Qoruğuna icraçı direktor təyin olundu

XƏBƏR
11:23
17 May 2023
53

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində (ŞŞDQİ) yeni təyinat olub.

Sabah.az xəbər verir ki, qoruqdan bildirilib ki, təyinatla bağlı qərar Müşahidə Şurasının növbəti rüblük iclasında verilib.

Müşahidə Şurasının yekdil qərarına əsasən, Tural Novruzov İcraçı direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, T.Novruzov bundan əvvəl Qoruğun icraçı direktor səlahiyyətlərini icra edib, həmçinin icraçı direktorun müavini olub.

Xəbər lenti